11 mart 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "İnternational" QSC-nin ümumi dəyəri 2 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Eləcə də bax: BOKT “International” mənfəət - AÇIQLADI
FED.az xəbər verir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazlatın sayı 2000 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 14 %, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti hər aydır.