Dekabrın 3-də Bakı Fond Birjasında “BOKT Embafinans MMC”-nin AZ2002020603 ISIN-li, 1.000.000 mln AZN həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Eləcə də bax: Azərbaycanda yeni istiqraz buraxıldı – İLLİK 10,5%, ŞƏRTLƏR
Birjadan FED.az-a verilən məlumata görə, yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN olmuşdur. 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1.000.000,00 AZN olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 mln. AZN təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 3 dekabr 2019-cu ildir.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
*****
Emissiyanın ümumi həcmi 3 milyon manata çatıb
Embafinans bank olmayan kredit təşkilatının istiqrazlarının emissiyasının ikinci tranşı tam həcmdə yerləşdirilib.
3 dekabr, 2018-ci il tarixində Bakı Fond Birjasında Embafinansın 1 milyon AZN həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN olmuşdur. 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon AZN olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 milyon AZN təşkil etmişdir.
İldə 10,5% gəlir gətirən istiqrazların ödəmə tarixi 3 dekabr 2019-cu ildir.
Xatırladaq ki, bu, Embafinans istiqrazlarının emissiyasının ikinci tranşıdır. Buraxılışın 2 milyon manat məbləğində birinci tranşı cari ilin 8 oktyabr tarixində yerləşdirilmişdir. Beləliklə, emissiyanın ümumi həcmi 3 milyon manata çatıb. Birinci tranş çərçivəsində buraxılan istiqrazların artıq 90% təkrar bazarda satılıb.