Banner

Birja

“BOKT Embafinans” MMC-nin istiqrazlarının satışı başlandı

“BOKT Embafinans” MMC-nin istiqrazlarının satışı başlandı | FED.az
17:36 29 Noy 2018
29 noyabr 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT Embafinans” MMC-nin ikinci tranş üzrə buraxılan istiqrazlar BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir.

3 dekabr, 2018-ci il tarixində “BOKT Embafinans” MMC-nin 1. 000. 000 mln AZN həcmində  istiqrazlarının ticarəti Bakı Fond Birjasında bir qiymətli hərrac üsulu ilə həyata  keçiriləcəkdir. İstiqrazların tədavül müddəti 1 (bir) ildir (365 gün) və illik faiz dərəcəsi 10.5% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər 1 (bir) təqvim ayından bir ödəniləcəkdir.

Yeni tranşla buraxılan istiqrazlar  üzrə əlavə məlumatlar aşağıdakı cədvəldə qeyd olunmuşdur. Qeyd etmək istərdik ki, “BOKT Embafinans” MMC-nin birinci tranş üzrə buraxılan qiymətli kağızları 8 oktyabr 2018-ci il tarixində BFB-də ticarətə buraxılmışdır.
İstiqrazların baza emissiya prospektini Bakı Fond Birjasının veb səhifəsində “Listinqdə olan şirkətlər” bölməsindən əldə edə bilərsiniz.

 
Döv. Qeyd. nömrəsi Q/k növü və forması Ticarətə buraxılan qiymətli kağızların sayı Q/k-ın yerləşdirməyə başlanması və bitməsi tarixləri Q/k-ın hərrac qiyməti
1 AZ2002020603 Faizli təmin edilməmiş  
1 000
(ədəd)
 
03.12.2018
1000 AZN
  
İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.

 

Digər xəbərlər