11 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “AZKREDİT” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, BOKT “AZKREDİT” ASC-nin səhmlərinin abunə yazılışı 20.02.2025-ci il tarixində başlayıb, 24.02.2025-ci il tarixində bitəcəkdir.
Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 26.02.2025-ci il tarixində Bakı Fond Birjasında baş tutacaq.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: BOKT "AZKREDİT” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001023360
Səhmin növü və forması: Adi, adlı, sənədsiz səhm
Ticarət üsulu / forması: Kütləvi / Abunə yazılışı
Səhmlərin sayı: 3 000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 300 000 manat
Ticarətə buraxılma tarixi: 26.02.2025
Anderrayter: “İnvest-AZ İnvestisiya Şirkəti” QSC
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür