“Boeing” səhmləri premarket ticarətində 8%-dən çox ucuzlaşıb.
"Turkish Airlines" “Boeing 737 MAX 9” təyyarələrinin istismarını - DAYANDIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, buna yanvarın 5-də 737 MAX 9 təyyarəsinin uçuş zamanı təcili çıxış qapısının qopub yerə düşməsi hadisəsi təsir göstərib. Qeyd edək ki, qapı yanvarın 8-də Portlend sakininin evinin həyətində tapılıb.
Eyni zamanda ABŞ, Avropa və Türkiyədə “Boeing” təyyarələrinin istismarı dayandırılıb. Hadisədən sonra ABŞ Federal Aviasiya Administrasiyası (FAA) “ABŞ aviaşirkətləri tərəfindən və ya ABŞ daxilində idarə olunan bəzi Boeing 737 MAX 9 təyyarələrini müvəqqəti olaraq yerə endirmək” qərarına gəlib. Yoxlamaların dünya üzrə təxminən 171 təyyarəyə təsir edəcəyi bildirilir.
Göstərildiyi kimi, bu tip təyyarələrin əksəriyyəti “American United Airlines” (79) və “Alaska Airlines” (65) tərəfindən istismar edilir. Ümumilikdə dünyada 215 dənə 737 MAX 9 uçur. Xatırladaq ki, 737 MAX 9 modeli “Boeing”in ən populyar təyyarələrindən biri və ən böyük gəlir mənbəyidir. Şirkətlə bağlı əvvəlki qalmaqallar da məhz bu modelin səbəb olduğu fəlakətlərlə əlaqəlidir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.