14 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Boa Agency" ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilib.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (20-26 mart, 2024)
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, “Boa Agency" ASC-nin “Bakı Fond Birjasi” QSC-də “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.5-ci bəndinin tələblərinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200 min manata çatdırılmasını üzərinə götürür.
29 mart 2024-cü il tarixində “Boa Agency" ASC-nin ümumi dəyəri 110 min manat olan səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.