10.01.2025-ci il tarixində saat 11:00-da “Boa Agency” ASC-nin (VÖEN: 1501960111) səhmdarların ümumi yığıncağı növbədənkənar iclası keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində (3-cü mərtəbə, iclas zalı) baş tutacaq.
İclasın gündəliyində aşağıdakı məsələlər daxildir:
1. İllik maliyyə nəticələrinin ilkin müzakirəsi.
2. Dividentin müzakirəsi.
Qeyd: Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək hüquqşünasdan əldə etmək olar.
Əlaqə telefonu: (055) 747-80-80