Dolların möhkəmlənməsi qlobal bazarların gündəmindən düşmür.
Eləcə də bax: Qlobal bazarlarda bir söz səslənir: DOLLAR
FED.az xəbər verir ki, Fed rəsmilərinin sərt açıqlamalarından sonra dollar göstəricilərində yeni rekordlar müşahidə olunub.
Bloomberg Dollar İndeksi Asiya ticarətində 1359 bəndə çataraq rekord qırıb. İndeks ardıcıl yeddi gündür yüksəlir.
Avro/Dollar tərəfində isə eniş tempi davam edib. Avro/dollar 0,96 səviyyəsindən aşağı düşüb. Dollar təzyiqi inkişaf etməkdə olan bazar valyutalarında da hiss olunub. Ən çox itirən valyutalar Cənubi Koreya vonu, İndoneziya rupisi və Cənubi Afrika randı olub. Dollar/Türk Lirəsi məzənnəsi də 18,49-un üzərində olub və rekord səviyyələrə yaxın qalıb.
FED-in Minneapolis şöbəsinin sədri Neel Kashkari, cari faiz artımlarının qiymətləri aşağı salmaq məqsədinə "uyğun" olduğunu söyləyib.
Kaşkari “Biz çox aqressiv davranırıq. Növbəti addımlar da aqressiv olacaq. Biz qiymət sabitliyini təmin etməkdə qərarlıyıq, lakin çox sürətlə getməyin risklərinin də fərqindəyik”.
Fed-in St. Louis şöbəsinin sədri Ceyms Bullard inflyasiya hədəfləmə rejiminin etibarlılığının risk altında olduğunu vurğulayıb.
Bloomberg Dollar Spot Index (BBDXY) ABŞ valyutasının 10 qlobal valyutadan ibarət səbətin qarşısında performansını izləyir. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.