Dünyanın kriptovalyuta bazarında növbəti psixoloji hədd keçilib.
FED.az xəbər verir ki, əsas kirptovalyuta sayılan bitkoinin qiyməti rekord vuraraq 125 min dolları keçib.
Qiymət artımı dövründə bitkoinin qiyməti 125,8 miin dollaradək yüksəlib, indiyədək qiymət rekordu 124,5 min dollar idi – bu avqustda olmuşdu.
Bitkoin son 1 ayda 13 min dollar və ya 11% bahalaşıb – bir ay əvvəl bitkoin 112 min dollar idi. İlin əvvəlindən bəri bitkoinin qiyməti 33 min dollar və ya 36% bahalaşıb – ilin əvvəlində qiymət 92 min dollar idi.
Son bir ildə isə bitkoinin qiymətində 2 qat artım baş verib. Bir il əvvəl bitkoin 62 min dollara ticarət olunurdu.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.