Dünyanın kriptovalyuta bazarının əsas valyutası sayılan bitkoinlərin 40%-i təqribən min nəfərin əlində cəmləşə bilər. FED.az xəbər verir ki, bu barədə «Bloomberg» agentliyi məlumat yayıb.
«AQR Capital Management» şirkətinin maliyyə bazarlarının öyrənilməsi departamentinin rəhbəri Aaron Braun bildirib ki, hazırkı qiymətlərdə həmin şəxslərin hər biri çox güman ki, əlindəki bitkoinlərin yarısını satmaq istəyir.
Ekspert bildirir ki, «balina»lar adlanan bu şəxslər, öz fəaliyyətlərini əlaqələndirə və ya dar bir çevrə şəklində bir-birlərinə xəbər vedə bilərlər.
«Bu şəxslərdən çoxu bir birlərini uzun illərdir ki, tanıyırlar və hələ ilk gündən - bitkoinin ciddi qəbul edilmədiyi vaxtlardan ona sadiq qalıblar»-deyə ekspert bildirib.
Ən əsası, ekspert hesab edib ki, bu şəxslər birləşib bazarı dəstəkləyə və ya çökdürə də bilərər.
Bitkoinlərin 40%-nə onlar nəzarət edir
09:12
11 Dek 2017