Bitkoinin qiyməti aprelin 26-dan bəri ilk dəfə olaraq 30 min dolları ötüb.
Azərbaycanda investisiya şirkəti satışa çıxarılıb: «TƏKLİFLƏR GÖZLƏYİRİK»
FED.az xəbər verir ki, iyunun 21-də ticarət sessiyası zamanı bitkoinin qiyməti 26 aprel 2023-cü ildən bəri ilk dəfə olaraq 30 min dolları ötüb. Coindesk platformasının məlumatlarına görə, dünən bitkoin 11,13% bahalaşaraq 30,17 min dollar olub.
Ümumiyyətlə, son bir həftədə bitkoinin qiyməti 20%-dən çox artıb. Bundan əvvəl bitkoin aprelin 26-da 30 min dollardan baha olmuşdu.
Bitkoinin bahalaşması digər kriptovalyutalara da müsbət təsir edib. «Eterium»un da qiyməti artmağa başlayıb – son bir həftədə 16% bahalaşaraq 1917 dolları keçib.
Bir qədər əvvəl «Esperio»nun baş analitiki Anton Bıkov demişdi ki, iyul ayında kriptovalyutanın müsbət dinamikası bazar iştirakçıları üçün hədsiz nikbinlik yaratmamalıdır, çünki kotirovkaların 24% artmasına baxmayaraq, bitkoin öz yüksək qiymətlərindən 66% aşağı ticarət edir, və qlobal eniş tendensiyası öz gücünü davam etdirir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.