Bu gün dünyanın kriptovalyuta bazarında canlanma müşahidə edilir.
FED.az xəbər verir ki, son sutka ərzində ən böyük bazar kapitallaşmasına malik olan 100 kriptovalyutadan yarısının qiyməti bahalaşıb. Ancaq əsas kriptovalyutalardan sayılan Bitkoinin qiyməti yenidən 0,09% ucuzlaşaraq 10,7 min dollara düşüb.
Etherium isə 0,75%-ə yaxın ucuzlaşaraq 976 dollar olub. Bir müddət öncə ciddi bahalaşma ilə diqqət çəkən Ripple da yenidən canlanıb. Bu gün həmin virtual valyutanın dəyəri daha 2,31% dəyər qazanaraq 1,34 dollara qalxıb.
Ən böyük bahalaşma isə Time New Bank-ın qiymətində baş verib. Bu virtual valyuta 40,67% bahalaşaraq 0,15 dollara çatıb.
Ən çox ucuzlaşma KİN adlanan kriptovalyutanın qiymətində müşahidə edilib. Onun dəyəri 19,44% ucuzlaşaraq 0,003 dollara düşüb.
"Bitkoin"in "ulduzu söndü"
09:36
24 Yan 2018