Dünyanın kriptovalyuta bazarında ucuzlaşma bu gün də davam edir.
FED.az xəbər verir ki, son sutka ərzində ən böyük bazar kapitallaşmasına malik olan 100 kriptovalyutadan 93-nün qiyməti enib. Yalnız 7 virtual valyutanın qiymətində bahalaşma müşahidə edilir.
Əsas kriptovalyutalardan sayılan Bitkoinin qiyməti son sutkada 10,29% ucuzlaşaraq 10,4 min dollara düşüb. Etherium təqribən o qədər - 10%-ə yaxın ucuzlaşaraq 957 dollar olub.
Yanvarın əvvəlində ciddi bahalaşma ilə diqqət çəkən Ripple da surətlə geriləyir. Bu gün həmin virtual valyutanın dəyəri daha 9,4% dəyər itirərək 1,27 dollara enib.
Ən çox ucuzlaşma WAX adlanan kriptovalyutanın qiymətində müşahidə edilib. Onun dəyəri 18,84% ucuzlaşaraq 0,89 dollara düşüb.
Ən böyük bahalaşma isə PİVX-in qiymətində baş verib. Bu virtual valyuta 54,18% bahalaşaraq 13,19 dollara çatıb.
Bitkoinin ucuzlaşması davam edir - QİYMƏTLƏR
09:40
23 Yan 2018