“Binance” kriptovalyuta birjasının məlumatına görə, bitkoin 9 sentyabr cümə günü 20 min dollar həddini keçib. Bildirilir ki, artım 5%-dən çox olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8:15-də olan məlumata görə, bitkoin 20.25 min dollara (5.1%) qədər bahalaşıb.
Xatırladaq ki, avqustun 27-də bitkoinin qiyməti 20 min dollardan aşağı düşüb ki, bu da illik maksimumdan təxminən 60% azalma deməkdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.