Dünyanın əsas kriptovalyutası sayılan bitkoinin qiyməti noyabrın 26-da kəskin azalıb.
FED.az xəbər verir ki, gün ərzində aparılan ticarət zamanı bitkoin 2 min dollara yaxın dəyər itirərək 18 965 dollardan 16 970 dollara enib. Sutkalıq ucuzlaşma 10,5% təşkil edib.
Ucuzlaşma digər kriptovalyutaların da qiymətində əksini tapıb. Ümumilikdə bu aktivlər 27% dəyərdən düşüb.
Xatırladaq ki, bu günədək bitkoinin qiyməti son 9 ayda dayanmadan bahalaşıb. 9 ay ərzində ümumii bahalaşma 250% olub. «Bloomberg» hesab edir ki, noyabrın 26-sı pandemiya başlayandan bəri bitkoin üçün ən pis ticarət günü sayıla bilər.
Xatırladaq ki, cəmi 2 gün əvvəl - noyabrın 24-də bitknin qiyyməti son 3 ildə ilk dəfə olaraq 19 min dolları keçmişdi.