Dünya kriptovalyuta bazarında kütləvi ucuzlaşma davam edir.
FED.az xəbər verir ki, aprelin 6-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 56-sı ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 9 dollar və ya 0,1% bahalaşaraq 6833 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 23 dollar və ya 0,3% bahalaşıb.
Etheriumun qiymətində isə ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində cəmi 1 dollar və ya 0,2% ucuzlaşaraq 380 dollar olub.
Son həftə ərzində isə Etherium 8 dollar və ya 2,1% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma TRON-da(30,92%), ən çox ucuzlaşma isə Centrality-da(12,70%) müşahidə olunub.
Bitkoinin qiyməti dəyişmədi – QİYMƏTLƏR

09:39
6 Aprel 2018