Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 63 min ABŞ dollarına yaxınlaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 2,85 %, son 7 gün ərzində isə 10,8 % bahalaşaraq 62,4 min ABŞ dollarına satılıb.
Nəticədə onun bazar dəyəri 1,18 trilyon ABŞ dollarını keçib.
Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 0,4 % artaraq 3,9 min ABŞ dollarına çatıb.
Kriptovalyuta bazarının toplam dəyəri 2,5 trilyon ABŞ dollarını keçib.
"СoinМarketСap"in Bakı vaxtı ilə saat 10:15-ə olan məlumatları aşağıdakı kimidir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.