Bu gün dünyanın ən populyar kriptovalyutası sayılan bitkoinin qiyməti 28,445 min ABŞ dollarını ötüb.
FED.az xəbər verir ki, bu, ötən günün sonu ilə müqayisədə 6%, ötən gün qeydə alınmış pik hədlə müqayisədə isə 5,2% çoxdur.
Son 24 saat ərzində bitkoin də daxil olmaqla kriptovalyuta bazarında 198 milyard dollarlıq əməliyyat aparılıb.