Bitkoinin qiyməti 13% düşüb və hazırda 23 748 ABŞ dolları təşkil edir.
FED.az xəbər verir ki, bu, 2020-ci ilin dekabrından sonra ilk belə enişdir.
Səhər qiymət 23 909 dollar olub.
İkinci ən böyük kriptovalyuta olan efiriumun qiyməti də 8%-dən çox düşərək 1 176 dollar səviyyəsinə enib.
Dünyanın fond birjalarında eniş ABŞ-da inflyasiyanın yeni maksimuma çatması ilə əlaqələndirilir. Belə ki, mart ayında ABŞ-da illik inflyasiya 7,9% təşkil edib. Bu isə son 40 ilin rekordudur. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.