Dünya kriptovalyuta bazarında bu gün səhər saatlarıdan kütləvi ucuzlaşma müşahidə olunur.
FED.az xəbər verir ki, martın 13-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 74-ü ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 163 dollar və ya 1,7% ucuzlaşaraq 9423 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 1923 dollar və ya 16,9% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 14 dollar və ya 1,9% ucuzlaşaraq 711 dollar olub.
Son həftə ərzində isə Etherium 136 dollar və ya 16% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma Nexus və Dentacoin-də(8,94%), ən çox bahalaşma isə Substratum-də(27,55%) müşahidə olunub.
Bitkoinin “səhər ucuzlaşması” – QİYMƏTLƏR
09:16
13 Mart 2018