Dünyanın kriptovalyuta bazarı 2017-ci ili kəskin azalma ilə başa vurur. FED.az xəbər verir ki, hazırda bazarda ən böyük paya malik olan 100 kriptovalyutadan 88-i dekabrın 30-da ucuzlaşıb. Yalnız 12 kriptovalyutanın qiyməti artıb. Ə n məşhur kriptovalyuta sayılan Bitkoin də bu gün 13%-ə yaxın ucuzlaşaraq 14,6 min dollardan 12,8 min dollara enib. Əvəzində «Ripple» kriptovalyutası sürətlə bahalaşmaqdadır.
Dekabrın 29-da Ripple 53% bahalaşaraq 1,44 dollardan 2,21 dollara yüksəlib. Bahalaşma bu gün də davam edir. Və hazırda qiymət 2,35 dollar təşkil edir. Nəticədə Ripple bazar həcminə görə «Ethereum»u keçərək ikinci yerə qalxıb. Hazırda Bitkoin dövriyyəsinin həcmi 214,3 milyard dollar, «Ripple»nin dövriyəsi 91,9 milyard dollar, «Ethereum»un dövriyyəsi isə 68,6 milyard dollar təşkil edir.
Analitiklər hesab edir ki, «Bitcoin»in kriptovalyuta bazarında rolu getdikcə azalacaq. Tədricən daha faydalı və tələblərə uyğun işlənib hazırlanmış "altcoin"lər yaradılaraq "Bitcoin" hakimiyyətinə son qoyula bilər və yəqin ki, bu, belə də olacaq.
Qeyd edək ki, Ripple-nin üstünlüyü təkcə onun bahalaşmasında deyil. Başqa kriptovalyutalardan fərqli olaraq Ripple pul köçürmələrində aktiv istifadə edilir və banklar tərəfindən qəbul edilir. Bəzi analitiklər bildirir ki, «Ripple» məhz bankların koin bazarı ilə bağlamaq üçün yaradılıb. Bu mənada o maraqlı və pozitiv gələcək vəd edən investisiya aləti kimi görünür.
Eləcə də bax: Bitkoin əvvəlki kimi qazanc gətirmir – YENƏ UCUZLAŞDI
Qeyd edək ki, Türkiyənin muhafizəkar bankı kimi tanınan "Akbank" da "Ripple" blokçeynindən istifadə edərək pul köçürmələrinə başladığını elan edib və bu yolla xeyli vəsaitə qənaət edəcəyini bildirib. Xatırladaq ki, kroptovalyuta bazarında hazırda 1 370 "altcoin", 7 413 birja fəaliyyət göstərir.