Bitkoindən yeni rekord vurdu - YÜKSƏK QİYMƏT 13:49 26 Noy 2017 Dünyanın əsas kriptovalyutası sayılan bitkoinin məzənnəsi növbəti rekord vurub. FED.az xəbər verir ki, Elektron birjada hərracların gedişində Bakı vaxtı ilə 11.19-da kriptovalyutanın qiyməti 9103 dolları keçib. Hazırda bitkoinin qiyməti bir qədər azalaraq 8978 dollarda dayanıb. Amma bu yenə də 24 saat əvvəlki qiymətdən 500 dollar bahadır Ümumilikdə son 1 həftədə bitkoin 1200 dollar və ya 15% bahalaşıb.