2017-ci ildə bitkoinin inanılmaz məşhurluğu əlbəttə ki, onun bir yatırım kimi sürətli bahalaşması ilə əlaqədardır. Əgər 2017-ci ildə hər hansı yatırım 2000% gəlir gitirirsə, onda başqa investisiyalardan danışmaq yersizdir. Hələ son 2-3 ildə baş verənlər. Əgər siz 2011-ci ildə 100 dollarlıq bitkoin alsaydınız, indii bu 100 milyon dollar edəcəkdi.
Amma nə qədər qəribə görünsə də, bitkoindən də sərfəli yatırımlar var.
Özü də bu investisiyalarda söhbət təkcə pulan getmir. Yarımı təkcə pul deyil, söhbət təkcə gəlir və ya mənfəətdən getmir. İnvestisiya – insanın öz inandığına, dəstək vermək istədiyinə bağlılığıdır. Bu həm pul, həm cəhdlər, həm vaxt, həm də qeyri-maddi məsələlər ola bilər.
Beləliklə, buyurun: Bitkoinlə müqayisədə pul yatırmağın daha sərfəli olduğu 5 yatırım sahəsi.
1. Öz fiziki sağlamlığınıza yatırım
Xatırlayın görək, sizlərdən neçə nəfər son 1 ay ərzində gecə 8 saat yatı bilib? Əgər siz bitkoin və kriptovalyuta aləminə aludə olmusunuzsa, hətta gecələr tamamilə oyaq qalmağa da hazırsınız. Halbuki, ekspertlər bildirir ki, gecələr 7-8 saatdan az yatan adamlar xroniki xəstəliklərdən daha çox əziyyət çəkirlər. Bu ürək-damar xəstəlikləri, piylənmə, hətta kəmağıllıq ola bilər.
Tədqiqatlar göstərir ki, gecələr orta hesabla 4 saat yatan adamlar 4 dəfə çox xəstəlinirlər. Əgər son nəticədə xəstələnəcəksinizsə, hətta elə bu gün xəstəsinizsə, var-dövlət yığmağın nə mənası var?
Kriptovalyutalarla, o cümlədən bitkoinlə məşğul olanların əksəriyyəti öz fiziki sağlamlaqlarını qulaqardına vururlar. Onların yeganə hərəkəti kresloda oturmaq, kompüter qarşısında əyilib qalmaq, yeməkləri isə kofe və fast-fudlu qeyri-sağlam qidalanmadır. Əgər qazandığınız pullar həkimə xərcləyəcəksinizsə, onu qazanmağın mənası nədir?
Baxın, məsələyə bir qədər geniş baxanda, bazarın çökməsi və qiymətlərin artıb-azalması böyük problem deyil. Siz itirilən pulları həmişə qaytara bilərsiniz. Amma sizin sağlamlığınız pisləşdikdə, onu geri qaytarmaq daha çətin və uzunmüddətli olur.
Ona görə də gün ərzində müəyyən hərəkətlər etmək üçün bir neçə saat vaxt ayırın. Hətta bir qədər piyada gəzməklə də, öz sağlamdığınıza böyük hədiyyə etmiş olacaqsınız. Bu sahədə sizə toplanan stressi atmaq üçün boks və ya yoqa sinfinə gedir. Əmin olun ki, sabah yuxudan gümrah durmaq üçün kifayət qədər yatırsınız.
2. Öz psixi sağlamdığınıza yatırım edin
Siz hər dəqiqə bitkoininn qiymətini izləyirsiniz? Büün gün sosial şəbəkələrdəsiniz və başqalarına əsəbiləşirsiniz? Bitkoinə yatırdığınız pulların itirilməsi təhlükəsi sizi narahat edir? Bütün bunlar çox böyük gərginlik yaradır, stress isə ölümcüldür.
Yadda saxlayın, sizin fiziki sağlamlığınızdan da vacib olan məsələ, psixoloji sağlamlıqdır. Stress – ən böyük qatildir. Hətta fiziki sağlamlığını pikində olan insanlar da psixi gərginlikdən bir andaca çökə bilərlər. Bitkoin, ümumiyyətlə, kriptovalyuta aləmi isə çox gərgindir. Geri addım atın, fasilə götürün. Kompüteri söndürün, malik olduqlarınıza görə, şükür edin.
Bu sprint deyil, marafondur. Hətta həftəlik məzuniyyət götürsəniz də, bitkoin və onun kimi yatırım imkanları çox olacaq. Əgər son bir il ərzində dincəlməmisinizsə, bunu indii edin. Buna yatırım etməyinə dəyər.
3. Yeni nəsə öyrənməyə investisiya edin
İnsan nəsə yeni bir şey örənəndə beyin endorfin ifraz edir və bu maddə insanı özünü yaxşı hiss etməyə vadar edir. Ona görə də həmişə nəsə yeni bir şey öyrənməyə yatırım edin. Bitkoin texnologiyası bunlardan biridir. Bu proses çətindir, ona görə də bu barədə kitablar oxuyun.
Amma təkcə buna köklənməyin, yeni bir şeylərə yatırım etdikdə, beyniniz yaxşı məşq edir və işləməyə hazır vəziyyətdə olur. Kodlaşdırmanı öyrənin, insanlar qarşısında çıxış etməyi öyrənin, insanlara bitkoinin nə olduğunu izah edin, Jiu Jitsu döyüş növünü, hətta musiqi alətində ifa etməyi öyrənin. Bu sizə həm fiziki, həm də əqli fayda gətirəcək. Siz gümrah olacaq və hər gün əhvalınız yaxşı olacaq.
4. Əhəmiyyətli münasibətlərə yatırım
Tez-tez sosial şəbəkələrdə mübahisələrə girib nəyisə sübut etməyə çalışırsınız? Bir anlıq dayanın, başa düşün ki, bu qeyri-sağlam vərdiş və münasibətlərdir. Doğrudur, onlayn mübahisə fiziki cəhətdən daha təhlükəsizdir, amma nifrət qəzəb və stress gətirir. Ona görə də əhəmiyyətli münasibətlərə diqqət və vaxt ayırın. Bitkoin və kriptovalyutalar insanların vaxtını alır, onların dostları ilə münasibətlərini qırır, amma onlar buna dəyməz.
Yeni insanlarla tanış olun, Köhnə dostlarınızla görüşün və valideynlərinizə baş çəkin, əgər onlar hələ yanınızdadırlarsa. Çünki onlar həmişə sizinlə olmayacaqlar. Siz həmişə pul qazana bilərsiniz, amma yaxınlarınıza sərf etmədiyiniz, itirilmiş vaxtı geri qaytara bilməzsiniz. Yatırımı buna edin, heç vaxt peşman olmazsınız.
5. Öz personajınıza yatırım edin
Useyn Boltu yəqin ki tanıyırsınız. Amma heç ağlınıza da gəlməz ki, bu yoldaş finaldakı bütün əsas qələbələrini qazanmağa və saysız medalar almağa cəmi 2 dəqiqə vaxt sərf edib. Bəli, cəmi 2 dəqiqə. Və bu 2 dəqiqədə milyonlar qazanıb. Əgər siz hesablasanız görürsiniz ki, həmin 2 dəqiqədəki hər saniyədə Useyn Bolt milyonlar qazanıb. Onun bəxti var? Xeyr, sadəcə bu səviyyəyə çatmaq üçün o 20 il gərgin əmək sərf edib.
Yatırımın əsl mənası da budur.
Sizi dünənkindən daha yaxşı versiyaya çevirən şeylərə yatırım edin. Cəsarətli olun, yeniliklər edin, onlardan qorxmayın. Amma təvazökar olun, həyatdan ləzzət almaq üçün də vaxt tapın.
Hər şeylə maraqlanın, özünüzü sizdən ağıllı və uğurlu adamlarla əhatə edin, o adamlarla ki, onlar sizə nəsə öyrədə bilərlər. Bu günü qiymətləndirin və zəhərli münasibətlərə son verin. Elə bir iş tapın ki, özünüzü reallaşdıra biləsiniz.
Hə, bitkoin gəlirlidir, müəyyən dərəcədə o da vacibdir. Amma həyatda ondan da vacib şeyər var. Bu sadalananlar həyatda bitkindən daha vacib olanların yalnız bir hissəsi idi.
Bitkoindən də sərfəli olan – 5 YATIRIM
01:08
27 Dek 2017