Dünyanın kriptovalyata bazarı ötən həftə sonunu kəskin enmə və ondan da sürətli geri dönüşlə başa vurub. FED.az xəbər verir ki, əsas kriptovalyata sayılan bitkoin 3 gün əvvəl – mayın 16-da 8 316 dollarlıq həddə çatdıqdan sonra sürətlə ucuzlaşmağa başlayıb. Nəticədə qısa müddət ərzində bitkoin 1000 dollardan çox ucuzlaşaraq 7 045 dollara enib.
Amma bundan sonra qiymətlərdə yenidən artım başlayıb və mayın 19-u səhər saatlarında bitkoin 7 300 dollara yüksəlib. Gün ərzində isə daha sürətli bahalaşma ilə qiymət 8 156 dollara çatıb.
Eləcə də bax: Tesla səhmləri son iki ilin ən aşağı səviyyəsinə düşüb
Başqa sözlə, təkcə 19 may tarixində 12% bahalaşan bitkoin 1000 dollardan artıq məbləğdə «geri dönüş edib».
Ümumiyyətlə, hazırda kriptovalyuta bazarı son vaxtlarda görünməyən artımdadır – bazar həcminə görə, ən böyük 100 kriptovalyutadan 94-də qiyət artımı baş verib. Ən böyük artım «LATOKEN» - 24%, «Bitcoin Cash» - 18% və «Verge»də baş verib – 17,3%.
17 kriptovalyutanın qiymətində artım 10%-dən artı qolub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.