Bitkoin yenidən ucuzlaşmağa başlayıb. FED.az xəbər verir ki, ötən həftə 14 min dollara qədər bahalaşan dünyanın ən bahalı kriptovalyutası son 24 saat ərzində 7.82% ucuzlaşıb.
Hazırda bitkoin birjalarda 11 119 dollara ticarət olunur. Adı çəkilən kriptovalyutanın bazar kapitalizasiyası isə 197 milyard dollardan çox təşkil edir.
Bitkoin yenidən ucuzlaşmağa başlayıb - QİYMƏT
08:59
1 İyul 2019