Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 7 aylıq minimuma endikdən sonra yenidən artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, kripto valyutaların satıldığı ən böyük birja olan “Binance”da bitkoin son 24 saat ərzində 9,95% bahalaşaraq 36 531 ABŞ dollarından satılıb.
Halbuki ötən gün qiymət 2021-ci ilin iyul ayından bəri ilk dəfə 33 000 dollardan aşağı düşmüşdü. Bununla 2009-cu ildən tədavülə buraxılan bitkoin 8-ci dəfə 50 %-dən çox ucuzlaşmış olub. Bunun başlıca səbəbi isə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) yaxın dövrdə monetarist siyasətini sərtləşdirib təməl faiz dərəcəsini artıracağına dair gözləntilərdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.