Bu gün yanvarın 18-də kriptovalyuta bazarında canlanma müşahidə edilir.
FED.az xəbər verir ki, hazırda dövriyyədə olan 100 əsas kriptovalyutanın 96-nın qiyməti bahalaşıb. Digər 4 kriptovalyutanın dəyəri isə enib.
Əsas kriptovalyatalar sayılan "Bitcoin", «Ripple», «Etherium», «Bitcoin Cash» yenidən bahalşıb. Bu gün dünənlə müqayisədə "Bitcoin" 3,44% irəliləyərək 11,3 min dollara qalxıb.
«Etherium» 2,31% bahalaşaraq 995 dollara, «Ripple» isə 20,31% artaraq 1,35 dollara çatıb.
Ən böyük bahalaşma isə "SmartCash"in qiymətində müşahidə edilir. Bu kriptovalyuta 114,67% bahalaşaraq 2,02 dollara yüksəlib.
Bitkoin yenidən bahalaşdı - QİYMƏTLƏR

09:21
18 Yan 2018