Bu gün kriptovalyuta bazarı yenidən canlanıb. FED.az xəbər verir ki, hazırda dövriyyədə olan 100 əsas kriptovalyutanın 80-nin qiyməti bahalaşıb. Digər 20 kriptovalyutanın isə dəyəri azalıb.
Əsas kriptovalyatalar sayılan "Bitcoin", «Ripple», «Etherium», «Bitcoin Cash» bahalaşıb. Bu gün yanvarın 11-i ilə müqayisədə "Bitcoin" 2,29% bahalaşaraq 13,7 min dollara çatıb.
«Etherium» 1,56% bahalaşaraq 1 215 dollara, «Ripple» isə 21,66% artaraq 2,04 dollara yüksəlib.
Ən böyük bahalaşma isə "SmartCash"in qiymətində müşahidə edilir. Bu kriptovalyuta 60,29% bahalaşaraq 0,79 dollara çatıb.
Bitkoin yenidən bahalaşdı - QİYMƏTLƏR

09:42
12 Yan 2018