Kriptovalyuta bazarında canlanma müşahidə olunur.
FED.az xəbər verir ki, sektorun əsas kriptovalyutası sayılan bitkoin son bir sutka ərzində 7,5% bahalaşaraq 20 min dollarlıq həddi keçib. Sentyabrın 26-da 19 046 dollar olan bitkoin, bir günə 1200 dollardan çox bahalaşaraq 20 249 dollara yüksəlib.
Bununla yanaşı, qeyd edək ki, bitkoin sentyabrın 10-15-i arasında da 20 min dollardan artıq olub, amma sonradan geriləyib.
Bitkoinlə yanaşı, sektorun ikinci vacib valyutası – «Eterium» da bahalaşaraq 1400 dollara yaxınlaşıb. Son sutka ərzində «Eterium»un qiyməti 7,5% artıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.