Dünya kriptovalyuta bazarında bir neçə gündür davam edən kütləvi ucuzlaşma artıq sona çatıb. Virtual pullarda bu saatlarda bahalaşma müşahidə olunur.
FED.az xəbər verir ki, aprelin 3-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 63-ü bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 52 dollar və ya 7% ucuzlaşaraq 7334 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 556 dollar və ya 7,3% ucuzlaşıb.
Etheriumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində cəmi 4 dollar və ya 1% bahalaşaraq 402 dollar olub.
Son həftə ərzində isə Etherium 47 dollar və ya 10,4% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Ardor-da(27,64%), ən çox ucuzlaşma isə Steem-da(11,84%) müşahidə olunub.
Bitkoin yenə ucuzlaşır – QİYMƏTLƏR
09:28
4 Aprel 2018