Bu gün gündüz hərraclarında bitkoinin məzənnəsi 10 faizdən çox azalıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, ən böyük kriptovalyuta birjası olan “Binance”da bitkoin ötən günə nisbətən 10,35 faiz ucuzlaşaraq 59,1 min ABŞ dollarından satılıb. Həmçinin 20-dən çox birjanın orta rəqəmlərini dərc edən “Coin Market Cap” portalına görə gündüz hərraclarında bitkoin 10,04 faiz ucuzlaşaraq 59,2 min dollardan satılıb.
Qeyd edək ki, ötən həftə 69 min dollarlıq tarixi maksimuma çatan bitkoin bu həftənin əvvəlindən bu yana 7 faizdən artıq ucuzlaşıb. Oktyabr ayı ərzində 40 faizədək bahalaşan bitkoin üçün, bu, 2020-ci ilin dekabr ayından bu yana ən böyük artım olub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.