Dünya kriptovalyuta bazarında bir neçə gündür ki, hökm sürən ucuzlaşma davam edir.
FED.az xəbər verir ki, fevralın 22-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 67-sı ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 115 dollar və ya 1% ucuzlaşaraq 10 min 872 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 1076 dollar və ya 10,9% bahalaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 21 dollar və ya 2,3% ucuzlaşaraq 863 dollar olub.
Son həftə ərzində isə Etherium 77 dollar və ya 8,2% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox ucuzlaşma RChain-da(13,40%), ən çox bahalaşma isə Dent-də(53,10%) müşahidə olunub.
Bitkoin yenə ucuzlaşdı – QİYMƏTLƏR
09:20
22 Fev 2018