Dünya kriptovalyuta bazarında bir neçə gündür ki, davam edən kütləvi bahalaşmadan sonra bu gün ucuzlaşma qeydə alınıb.
FED.az xəbər verir ki, fevralın 19-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 89-u ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 140 dollar və ya 1,3% ucuzlaşaraq 10 min 599 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 2118 dollar və ya 24,9% bahalaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 10 dollar və ya 1% ucuzlaşaraq 932 dollar olub.
Son həftə ərzində isə Etherium 89 dollar və ya 10% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Polymath-də(20,52%), ən çox ucuzlaşma isə Kin-də(16,35%) müşahidə olunub.
Bitkoin yenə də ucuzlaşır – QİYMƏTLƏR
09:54
19 Fev 2018