Kriptovalyuta bazarında qiymətlərin ucuzlaşması davam edir. Trend-in məlumatına görə, ucuzlaşma bütün virtual pulların qiymətində özünü göstərib. Belə ki, dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 9 min dollar həddinə yaxınlaşır.
FED.az "CoinMarketCap" portalına istinadən məlumat verir ki, bitkoinin qiyməti 2,34% ucuzlaşaraq 9,189 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiymətində də ucuzlaşma baş verib. Belə ki, "Ethereum" 2,44% və ya 693,05 dollaradək, "Ripple" 1,3% (0,79 dollara qədər), "Bitcoin Cash" isə 4% (1043,07 min dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 372,95 milyard dollar təşkil edir. Bu göstəricinin 42%-ə yaxını bitkoinin payına düşür.