Dünyanın kriptovalyuta bazarı artıq bir aydan soxdur ki, müsbət siqnallarla yenidən yüksəlməyə başlayıb.
FED.az xəbər verir ki, bu dövrdə əsas kriptovalyuta sayılan bitkoin 52% bahalaşaraq iyulun 16-dakı 31,6 min dollardan hazırda 47,9 min dollara yüksəlib. Təkcə son bir həftədə bitkoinin qiyməti 8%-ə yaxın bahalaşıb.
Digər əsas kriptovalyuta - «Ethereum»un bahalaşması sürəti Bitkoini də qabaqlayır – son bir ayda 76%. Bir ay əvvəl 1886 dollar olan «Ethereum» hazıırda 3300 dollar ətrafındadır. Təkcə son bir həftədə qiyməti 5%-dən çox bahalaşıb.
«Binance coin» isə iyulun 20-də 256 dollara enməsindən sonra indiyədək 61% bahalaşaraq 413 dollar olub. Təkcə son bir həftədə «Binance coin» 15%-dən çox dəyər alıb.
«Ripple» kriptovalyutası (XRP) son bir ayda 2,2 dəfə bahalaşaraq 58 sentdən 1,29 dollara yüksəlib. Təkcə son həftə ərzində «Ripple» 50% dəyər alıb.
«Dogecoin» isə bu dövrdə 17 sentdən 33 sentə yüksəlib – qiymət artımı 94% və ya təqribən 2 dəfə olub. Son bir həftədə qiymət artımı 29% təşkil edib.