Bu gün rəqəmsal pul bazarında yenidən ucuzlaşma qeydə alınıb. FED.az xəbər verir ki, hazırda ticarət edilən 100 kriptovalyutadan 90-da qiymətlər düşüb.
Bitkoin 2,40% ucuzlaşaraq 7 min 148 dollara satılır.
Ethereumun qiyməti 4,72% düşərək 528 dollara ticarət edilir. "Ripple" 6,41% ucuzlaşma ilə 0,559 dollara, "Bitcoin Cash" isə 7,85% ucuzlaşma ilə 893 dollara satılır.
Qeyd edək ki, hazırda bu bazarda ümumi kapitallaşma $306 712 717 591 təşkil edir. Bunun $121 959 742 078 bitkoinin payına düşür.
Bitkoin ucuzlaşmaqda davam edir – QİYMƏT
09:26
29 May 2018