Bitkoin ucuzlaşıb.
FED.az xəbər verir ki, bu gün saat 09:14 –də kriptovalyuta sutka ərzində 341 dollar ucuzlaşaraq 16 239 dollardan 15 898 dollara enib. Belə ki, bitkoin 10 min dollarlıq həddi dekabrın 1-də səhər saatlarında keçmişdi. Həmin vaxt bu böyük artım və rekord sayılırdı. İndi isə ötən həftə ərzində bitkoinin qiymətində 4 939 dollar və ya 45% artım baş verib.
Qeyd edək ki, bitkoinin bu gün saat 04:29 -a olan göstəricisi 16 783 dolları keçib. Bitkoin bu günün ayın 8-i saat 05 :54 –a olan göstəricisi ilə müqayisədə 2 455 dollar ucuzlaşıb.
Bitkoin ucuzlaşdı
10:18
9 Dek 2017