Dünyanın əsas kriptovalyutası olan bitkoinin qiyməti yenidən enməyə başlayıb.
FED.az cəbər verir ki, bu gün bitkoin 10% ucuzlaşaraq 7800 dollara enib. Bu son bir ayda ən aşağı həddir.
Qiymətlərin bu dəfəki ucuzlaşmasının səbəbi Beynəlxalq Valyuta Fondu və Google-dən gələn bitkoin haqqında mənfi xəbərlər olub. Belə ki, bir qədər əvvəl BVF-nin rəhbəri Kristin Laqard kriptovalyuta sahəsinin daha sərt tənzimlənməsinə çağırmışdı. Google isə elan edib ki, iyun ayından etibarən «kriptovalyutaların və onunla əlaqədar kontentin» reklamını qadağan edəcək. Bura bitkoinlə yanaşı, kriptovalyuta birjası, kriptovalyuta pul qabları və ticarət tövsiyyələri aiddir.
Bu xəbərlər nəticəsində bütün kriptovalyuların bazar dəyəri son bir ayda ən aşağı həddə enib.