Bitkoinin qiyməti son 10 ayda ən yüksək həddə qalxıb.
FED.az xəbər verir ki, bitkoin son 24 saatda 9% bahalaşaraq 26 347 dollara yüksəlib. Bu 2022-ci ilin iyun ayından bəri kriptovalyutanın ən yüksək həddidir.
Sonradan qiymət bir qədər aşağı düşsə də gündəlik artım 7%-dən artıqdır və qiymət 25 960 dollar ətrafında dəyişir.
Son bir həftədə isə bitkoinin qiyməti 16%-dən çox artıb.