Məşhur investor Uorrena Baffetin «Berkshire Hathaway» şirkətinin fitse prezidenti, qiymətli kağızlar üzrə ekspert Çarli Manqer bitkoinin gələcəyi olmadığını, onun qiymətinin sıfıra enəcəyini bildirib.
FED.az xəbər verir ki, şirkətin səhmdarlarının illik ənənəvi toplantısında çıxış edən Çarli Manqer bildirib ki, bitkoinin qiyməti böyük ehtimalla sıfıra düşəcək.
Maqner hesab edir ki, bitkoin ABŞ-ın Federal Rezerv Sisteminin işini pozur.
«Berkshire Hathaway»in sədri, məşhur investor Uorren Baffet isə bildirib ki, bitkoinlə nə baş verəcəyini bilmir, amma bura investiya etmək fikri də yoxdur. Baffet bildirib ki, dünyadakı bütün rəqəmsal aktivləri almağa 25 dollar da verməz.
«Mən bitkoin almaram, onu nə edəcəm ki?!» deyə milyardçı bildirib.