Bitcoin tarixi zirvəsinə yaxınlaşıb.
FED.az xəbər verir ki, bazar kapitallaşması baxımından ən böyük kriptovalyuta olan Bitkoin bazar ertəsi saat 16:00-da bir gün əvvələ olan qiymətlə müqayisədə 8% artaraq 67,710,23 dollara ticarət edilib. Artım tempi davam edib və qiymət saat 18:00-da 68.000 dollar səviyyəsini keçib. Bu günə olan qiymət isə 68 486,15 dollar təşkil edir.
Dow Jones Market Datasına görə, bitkoinin bütün zamanların ən yüksək həddi 2021-ci ilin noyabrında əldə edilən 68 990,90 dollardır. MicroStrategy və kripto mübadiləsi Coinbase Global kimi bəzi kripto səhmləridə də bu yüksəliş zamanı dəyər qazanıblar.
Qeyd edək ki, bitkoin 2009-cu ildə Satoshi Nakamoto tərəfindən yaradılıb və yaradıldığı dönəmdə qiymət sıfır dollar idi. 2010-cu ildə bitkoinin qiyməti heç vaxt 0,40 dollardan yuxarı qalxmadı. 3 il sonra isə kriptovalyuta üçün möhtəşəm il hesab olunur və 13 - 1,100 dollara ticarət edilib.
Qiymət haqqında daha ətraflı :
Tarix |
Qiymət (USD) |
2009-2012 |
0 - 13 |
2013 |
13 - 1,100 |
2014 - 2016 |
200 - 400 |
2017-2020 |
1 000 – 29 000 |
2021 – 2023 |
68 000 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.