Dünyanın kriptovalyuta bazarı yenidən geriləyib. FED.az xəbər verir ki, yanvarın 19-dakı kəskin bahalaşmadan sonra virtual valyutalar bu gün ucuzlaşma başlayıb.
Beləliklə, son sutka ərzində ən böyük bazar kapitallaşmasına malik olan 100 kriptovalyutadan 92-sinin qiyməti enib. Yalnız 8 virtual valyutanın qiymətində cüzi bahalaşma müşahidə edilir.
Əsas kriptovalyutalardan sayılan Bitkoinin qiyməti son sutkada 6,19% ucuzlaşaraq 11,6 min dollara çatıb. Etherium isə təqribən 5% ucuzlaşaraq 1061 dollara düşüb.
Yanvarın əvvəlində ciddi bahalaşma ilə diqqət çəkən Ripple da 6,71% dəyər itirib. Bu gün virtual valyutanın qiyməti 1,39 dollardır.
Ən bpöyük bahalaşma isə Sirin Labs Token-də müşahidə edilib. Bu kriptovalyutanın dəyəri 46,55% bahalaşaraq 3 dollara çatıb.
Bitkoin öz sahiblərini məyus etdi - QİYMƏTLƏR
09:38
22 Yan 2018