Bitkoin (BTC) mədənçilərinin 2021-ci ilin avqust ayında gəlirlə bağlı statistik rəqəmlər ortaya çıxıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “The Black Research” adlı mənbə tərəfindən üzə çıxan statistikaya görə, bitkoin mədənçiləri avqust ayında $1.4 milyardlıq bir gəlir əldə ediblər.
Mənbələrin statistikasına əsaslansaq cari ilin mart ayında $1.74 mlrd. həcmində gəlirlə hələki ən yüksək ay kimi ortada qalmaqdadır.
İyul ayımda isə bitkoin mədənçiləri $970 mln. həcnində gəlir eəldə etmişdilər.
Mining (mədənçilik) ümumi mənada bir kompüter və o kompüterə yüklənmiş əlaqəli kriptovalyuta “Blockchain” proqramından istifadə edərək qarışıq bir məlumat bazasında yerləşən gizli məlumatların tapılması, aşkar olunması əməliyyatlarının ümumi adıdır.
QİYMƏTİ $50 000 AŞIB
Bitkonin qiyməti 2 sentyabr tarixinə 50 000 dolları yenidən aşıb. Bu da son həftədə 7% artım dinamikasıdır. Bitkon bazar payında əsas payçıdır. Belə görünür kapitalizasiyası yenidən $1 trilyona göz tikib. Hazırda bazar dəyəri $941 milyard dollardır.