Dünyanın virtual valyuta bazarı yenidən dirçəlməyə başlayıb. FED.az xəbər verir ki, yanvarın 18-dəki kəskin çöküşdən sonra virtual valyutalar nəinki itirilmiş mövqelərini bərpa ediblər, hətta sürətlə başalaqmağa başlayıblar. Beləliklə, son sutka ərzində ən böyük bazar kapitallaşmasına malik olan 100 kriptovalyutadan 85-nin qiyməti yüksəlib. Yalnız 15 virtual valyuta ucuzlaşıb. Qeyd edək ki, virtual valyutaların ilk 100-lüyü Bitkoinlə başlayıb (bazar kapitalizasiyası 215,7 milyard dolardır), TenX virtual pulu (bazar kapitalizasiyası 292,7 milyon dollardır) ilə bitir.
Əsas virtual valyuta olan Bitkoinin qiyməti son sutkada 10% bahalaşaraq 12,8 min dollara çatıb. Ümumiyyətlə, yanvarın 18-dən indiyədək 3,3 min dollar və ya 35% bahalaşıb.
Etherium təqribən 8% bahalaşaraq 1136 dollara yüksəlib, Ripple isə əksinə ucuzlaşmaqda davam edərək 1,58 dollara enib. Xatırladaq ki, bir neçə gün əvvəl Ripplenin qiyməti 3,5 dollar idi. Başqa sözlə, bu müddətdə Ripple 2 dəfədən artıq ucuzlaşıb.
Ümumilikdə isə bəzi koinlər 32 faizdən çox bahalaşıb. Ən çox bahalaşan 10 koin aşağıda təqdim edilir:
Bitkoin «dirildi»? – SON QİYMƏT
13:21
20 Yan 2018