Dünyanın kriptovalyuta bazarı həftəsonunu enişlə keçirib. FED.az xəbər verir ki, 10 əsas kriptovalyatalardan 9-nun qiymətində enmə baş verib. Uuzlaşma ayrı-ayrı alətlər üzrə 0,3%-4% arasında dəyişib. İlk 10-luqda yalnız NEO 12% bahalaşıb.
Dünyanın əsas kriptovalyutası sayılan bitkoin də 2,42% dəyər itirərək Bakı vaxtilə saat 9-da 13 749 dollarda sabitləşib. Son bir sutka ərzində bitkoinin qiyəti 383 dollar və ya 2,7% azalıb. Ümumilikdə son bir həftə ərzində 2254 dollar və ya 14% ucuzlaşıb.