Dünyanın aparıcı kriptovalyutası olan bitkoin 42,85 min ABŞ dollarına kimi ucuzlaşıb.
Pulu hara yatırmalı? - Bakı Fond Birjasında - Ən gəlirli manat istiqrazları - QİYMƏTLƏR
FED.az xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saatda 6,99 %, son 7 gündə isə 2,2 % azalıb. Nəticədə bitkoinin kapitallaşması 839 milyard ABŞ dolları ətrafında qərarlaşıb.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,2 % azalaraq, son bir həftədə isə 13,21 % artaraq 2,54 min ABŞ dolları olub.
İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər itirən “Avalanche” olub. Kriptovalyuta son bir sutkada 8,4 % ucuzlaşıb, son bir həftədə isə 1,5 % bahalaşıb.
Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1,68 trilyon ABŞ dollarına düşüb. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.