Bitkoin qiyməti 39 min dollardan aşağı düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu CoinGecko-nun məlumatlarında əks olunub.
Qeyd olunur ki, bu 2021-ci ilin avqustundan etibarən ən aşağı qiymətdir. Hazırda bitkoinin qiyməti dəyəri 38 178 dollardır. Noyabrın əvvəlindən bütövlükdə rəqəmsal tokenlərin dəyəri bir trilyon dollar azalıb ki, bu da ABŞ-da pul siyasətinin gözlənilən sərtləşdirilməsi fonunda baş verir.
Xarici KİV-lərin məlumatına görə, bitkoin son vaxtlar texnoloji şirkətlərin səhmlərinin qiymətlərindən asılı vəziyyətdədir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.