Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 44 min ABŞ dollarından aşağı düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 6,79 % ucuzlaşaraq 43,17 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 816,29 milyard ABŞ dolları həddində qərarlaşıb.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 8,81 % azalaraq 3,47 min ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən “Solana”dır.
Kriptovalyuta bazarının toplam dəyəri 2,05 trilyon ABŞ dollarına düşüb.
"СoinМarketСap"in Bakı vaxtı ilə saat 9:25-ə olan məlumatları aşağıdakı kimidir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.