ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) növbəti iclasının nəticələrinin açıqlanmasından sonra çərşənbə günü axşam bitkoinin qiyməti 8% bahalaşıb. İndi rəqəmsal valyutanın qiyməti 23 min dolları ötür.
Eləcə də bax: İlon Maskın şirkəti geri addım atır - Bitkoinlərinin 75%-ni Satıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, ən böyük kriptovalyuta birjası “Binance”da saat 22:52-ə olan vəziyyətə görə, bitkoin 8.3% – 22.64 min dollara qədər artıb, FED-in iclasından əvvəl valyutanın qiyməti 21.6 min dollar olub.
FED faiz dərəcəsini ardıcıl ikinci dəfə 0.75% artıraraq illik 2.25-2.5%-ə qaldırıb. Sonuncu dəfə tənzimləyici uçot dərəcəsini iyunun 15-də 0.75% artıraraq 1.5-1.75%-ə yüksəldib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.