
Bitkoin əvvəlki kimi qazanc gətirmir – YENƏ UCUZLAŞDI

18:59
30 Dek 2017
Dünyanın əsas kriptovalyutası sayılan bitkoin yenidən ucuzlaşır. FED.az xəbər verir ki, Bakı vaxtilə saat 18-35-də bitkoinin qiyməti 12 807 dollar təşkil edib ki, bu da bir gün əvvəlki qiymətdən 1 858 dollar və ya 12,7% azalıb. Ümumilikdə son bir həftə ərzində bitkoinin qiymətində 3 770 dollar və ya 22,7% azalma var. Bitkoinin bu günkü qiymətinə nəzər salanda onun dekabrın əvvəlindəki səviyyəyə qayıtdığın demək olar. Xatırladaq ki, dekabrın 6-da ilk dəfə olaraq bitkoin 12 800 dollarlıq həddi keçmişdi.

